Sağlamlıq

Yeni virus təhlükəsi - ilk ölüm qeydə alındı

12 Fevral 2024 12:22
Baxış: 1 962
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Alyaskapox" virusundan ilk ölüm faktı qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, virus səbəbindən yaşanan ilk ölüm ABŞ-nin Kenay yarımadasında baş verib.

Versiyalardan birinə görə, infeksiya mənbəyi mərhumla birlikdə yaşayan pişik olub.

Alyaskanın səlahiyyətlilərinə görə, yaşlı adam uzun müddətdir xəstə olub və həkimlərin nəzarəti altında idi. Həkimlər onun çiçək xəstəliyinə tutulduğunu hesab ediblər, çünki onda bu xəstəliyə xas olan simptomlar müşahidə olunub: qızdırma, böyümüş limfa düyünləri, qırmızı ləkələr və immun sisteminin zəifləməsi. Lakin kişinin ölümündən sonra həkimlər onun xəstəlik tarixçəsini və analiz nəticələrini yenidən nəzərdən keçiriblər.

Kişinin qanında "Alyaskapox" kimi tanınan AKPV virusunun izləri tapılıb.

Bu virus 2015-ci ildə aşkar edilib. Bu günə qədər yalnız beş nəfər bu virusa yoluxub, onlardan hamısı sağ qalıb. Virusoloqların fikrincə, virus ilkin olaraq mal-qarada yaranıb, sonra gəmiricilərə, onlardan isə ev pişiklərinə keçib. Ehtimal olunur ki, ölən təqaüdçü ev heyvanının yüngülcə dişləməsi nəticəsində xəstələnib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.