Alimlər “cavanlaşdırıcı çay” kəşf ediblər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Alimlər "cavanlaşdırıcı çay" kəşf ediblər. Hər gün bu çayı içən insan qocalıqdan və xəstəlikdən uzaqdır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, alimlər bununla bağlı araşdırma aparıb.
Müəyyən edilib ki, həmin çayın tərkibində qan damarlarında təhlükəli hissəcikləri parçalayan Epigallocatechin Gallate (EGCG) kimi tanınan unikal bir bitki birləşməsi var. Müntəzəm yaşıl çay içmək beyin sağlamlığını yaxşılaşdıra və hətta həyatın sonrakı dövrlərində qocalmanın yavaşlamasına kömək edə bilər. Hər gün üç stəkan (hər biri 200 ilə 250 mil arasında) yaşıl çay içmək beyin sağlamlığına müsbət təsir etmək üçün kifayətdir.
Nyukasl Universitetinin tədqiqatçısı Dr.Edvard Okellonun fikrincə, həmin çaydan davamlı olaraq istifadə edilməlidir. Çünki yaşıl çay ümumi beyin gücünü artıra bilir və EGCG-bitki birləşməsi bu təsirdən məsuldur. EGCG asetilkolin səviyyələrini artıraraq işləyir, bu da müəyyən funksiyaların yaxşılaşmasına səbəb olur. Altı il ərzində 85 yaşdan yuxarı insanların çay istehlakı araşdırıldı və çay istehlakının koqnitiv funksiyalarındakı enişi yavaşlatdığı ortaya çıxdı, burada daha vacib məsələ isə çay miqdarıdır. Bu səbəbdən araşdırmada məlum oldu ki, ən azı üç fincan çay (gündə) sağlamlıq üçün faydalıdır.
Digər tədqiqatçı Dr.Michael Mosley bildirib ki, çay bir çox sağlamlıq faydalarını təmin edə bilər. Xüsusilə beyin sağlamlığı üçün əhəmiyyətli bir içkidir. Yaşıl çaya alışmaq bir qədər zaman ala bilər, bu dad əslində çayın tərkibindəki polifenollardan qaynaqlanır. Üstəlik, bu çayın idman edərkən daha çox yağ yandırmaq, əhvalı yaxşılaşdırmaq, ürək xəstəliyi və digər xəstəliklərin riskini azaltmaq kimi əlavə sağlamlıq faydaları da mövcuddur.
Mütəxəssislər yaşıl çayın müntəzəm qəbulunun da sümük sağlamlığına faydalılığını, iltihabı azaltdığını və xolesterini aşağı saldığını bildiriblər. Xüsusilə aktiv həyat sürmək, zehni məşq etdirmək və ictimai aktivliyi qorumaq da önəmlidir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb
-
Bakıda kişi pilləkənlərdən yıxılıb öldü
-
"Forsaj" serial olacaq
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
-
Türkiyədə 11 şəhərə “sarı” xəbərdarlıq edildi
-
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı - DİN-dən reaksiya
-
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
-
Uşağı xaricə aparmaq istəyən valideynlər bunu bilməlidir
-
Prezident İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
Putin əmr edib ki, məktəblər də vurulsun - Zelenski
-
Ukrayna ilə sərhəddə PUA düşdü - Rumıniyada yanğın başladı
-
Türkiyə millisi Belçika ilə oyunöncəsi əsas heyət üzvünü itirdi
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi
-
Ötən ay sərhədi pozan 20 nəfər saxlanıldı
-
Azərbaycanda evlilik yaşı artır: Gənclər niyə gec ailə qurur?
-
“8 gün ac və bağlı otaqda qaldım” - Məşhur rəqqasa qarşı daha bir ittiham
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
-
Maşında qadına şiddət göstərən rəqqas saxlanıldı
-
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - (Foto)
-
AQTA: Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir





