Sağlamlıq

Yuxusuzluq və təşviş pozuntusuna qarşı sadə qida

6 Fevral 2024 21:30
Baxış: 917
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Turşu kələmin mütəmadi istifadəsi beyinə pozitiv təsir edir.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, reabilitoloq Sergey Aqapkin psixoemosional vəziyyəti düzəltmək üçün tövsiyə verib.
"Duza qoyulmuş kələm təşviş və yuxusuzluqla mübarizədə kömək edir.

Hər gün axşam yeməyində bir qədər yemək yuxuya getməyə kömək edir.

Analoji təsiri digər fermentləşdirilmiş ərzaqlar edir. Bu qidalar bağırsaq mikroflorasını düzəldən probiotiklərdir.

Məlumdur ki, bağırsaq spesifik şəkildə beyinlə bağlıdır, mikrofloranın yaxşılaşması mərkəzi sinir sistemini də yaxşılaşdırır.

Kələm bağırsaq mikroflorası ilə beyində dəyişiklik yaradır, təşvişi azaldır, yuxunu asanlaşdırır, insanı sakitləşdirir.

Təkcə onu nəzərə alın ki burda duz çoxdur, onu böyrək və təzyiq xəstələri yeməməlidir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.