105 yaşlı amerikalı Cenni Akvino yanvarda yubileyini qeyd edib.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, ad günündə qadın və onun qızı uzunömürlüyün sirrini açıb.
Cenni hər gün təsbeh yığır və əllərini, burnunu tez-tez yuyur.
Onun 6 övladı, 11 nəvəsi var. Hər gün o, ailəsi və doğmaları üçün dualar edir.
Akvino Meksikada doğulub, daha sonra ABŞ-a köçüb. 16 yaşında ərə gedib.
O dadlı yemək bişirməyi və musiqiyə qulaq asmağı sevir.
Hələ də yaxşı iştahasından məmnundur.
Bu vaxta kimi tarixin ən yaşlı qadını Janna Luiza Kalman olub, o 123 yaşında vəfat edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun