Sağlamlıq

Zoğalın möhtəşəm faydaları – Ölüm riskini azaldır

11 Yanvar 2024 00:22
Baxış: 1 241
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zoğalın faydalı xüsusiyyətlərini hər zaman eşidir və bilirik. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu dəfə endokrinoloq Zuxra Pavlova zoğalın faydalı xüsusiyyətlərindən danışıb.

Həkim bildirib ki, bu giləmeyvənin müntəzəm istehlakı ölüm ehtimalını 31% azaldır. Belə ki, zoğalın tərkibində orqanizm üçün çoxlu vacib elementlər və bakteriyaların çoxalmasının qarşısını alan xüsusiyyətlərə malik fenol var. 

Pavlova, zoğalın pəhrizə əlavə edilməsinin çox faydalı olmasını da vurğulayıb. Endokrinoloq xəbərdarlıq edib ki, zoğalı çox istehlak etmək və həddi aşmaq olmaz. Həddindən artıq bu giləmeyvəni yemək mədə-bağırsaq problemlərinə səbəb ola bilər. Təzə zoğalın tövsiyə olunan dozası gündə 100 qramdan çox deyil və ya iki yemək qaşığı qurudulmuş zoğaldır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.