Sağlamlıq

Bunlar panik-atakın əlamətləridir

2 Yanvar 2024 20:45
Baxış: 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Panik atak insanların həyatına birbaşa təsir edən, bəzilərində isə həyatı yaşanmaz hala gətirən xəstəlikdir. Bu xəstəliyin simptomları çoxdur və hər bir insanda müxtəlif formada biruzə verir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, qızartı, üşümək, qorxu, başgicəllənmə, səbəbsiz yerə ürəyin sürətlə döyünməsi, tez-tez ayaqyoluna getmə, nəfəs almada yaranan çətinlik, əllərdə və ayaqlarda uyuşma, qarın ağrısı və ürək bulanma bunlar hamısı panik atak əlamətləridir.

Mütəxəssislərin fikrincə belə olan halda, xəstəlikdən müalicə olunmağın yolu bədəndə panik atakın mövcudluğunu qəbul etmək və psixoloqa müraciət etməkdir. Bu zaman psixoloq panik atakın hansı növü olduğunu müəyyən edir və ona uyğun müəyyən terapiyalar ilə müalicələr həyata keçirir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.