Sağlamlıq

Sadə görünən bu hərəkət bizi sağlam edirmiş - cəmi 5-6 saniyənizi alır

21 Oktyabr 2025 08:41
Baxış: 578
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Zürix Federal Texnologiya İnstitutunda aparılan yeni elmi tədqiqat, dərin nəfəs alıb verməyin ağciyərlərin elastikliyini bərpa etməkdə mühüm rol oynadığını ortaya çıxarıb.

Milli.Az xəbər verir ki, dərin nəfəs aldıqdan sonra ağciyərlərin səthindəki mayenin gərginliyi əhəmiyyətli dərəcədə azalır. Bu da nəfəs almanın daha rahat olmasına şərait yaradır.

Ağciyərlər nəfəs alarkən genişlənir, nəfəs verərkən isə büzülür. Bu proses zamanı ağciyər toxuması və səthi müəyyən müqavimət göstərir. Alimlərin apardığı araşdırma göstərib ki, dərin nəfəsdən sonra ağciyərləri örtən maye bu müqaviməti azaldır.

Araşdırmanın müəlliflərindən Yan Vermant bildirib: "Maye ağciyərin bütün səthini isladır və bu, onun daha asan formada genişlənməsinə imkan yaradır. Texniki baxımdan desək, ağciyər daha elastik olur."

Laboratoriya təcrübələri göstərib ki, dərin nəfəsdən sonra ağciyər mayesinin səth gərginliyi azalır. Mütəxəssislər bu vəziyyətin, dərin nəfəs aldıqdan sonra sinədə hiss edilən "rahatlama" hissini izah edə biləcəyini düşünür.

Tədqiqatın digər müəllifi Maria Novaes-Silva bildirib ki, ağciyəri örtən maye çoxqatlı quruluşa malikdir: üst qat bir qədər sərt, alt qatlar isə daha yumşaq və həssas olmalıdır.

Tez-tez nəfəs alındıqda bu maye kifayət qədər hərəkət etmir və nəticədə ağciyərin səthindəki təbii quruluş pozulur. Dərin nəfəs alma isə bu balansı bərpa etməyə kömək edir.

Alimlər qeyd edir ki, dərin nəfəsin faydaları, uzunmüddətli tez-tez nəfəs alma vərdişinə malik insanlarda müşahidə olunan tənəffüs çətinlikləri ilə bağlı klinik müşahidələrlə üst-üstə düşür.

Bu nəticələr, gələcəkdə ağciyər xəstəliklərinin müalicəsində yeni üsulların inkişafına zəmin yarada bilər.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.