Sağlamlıq

Tibbdə şok: 4 yaşlı uşaq insult oldu

2 Yanvar 2024 19:15
Baxış: 582
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın Heydərabad şəhərində 4 yaşlı qızda beyin insultu diaqnozu qoyulub.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, əvvəlcə qusan uşaqda sağ qolunda və ayağında zəiflik yaranıb, nitq qabiliyyətini itirib. Xəstəxanaya getməzdən beş saat əvvəl sağlam olub və oynayıb.

MRT sol orta beyin arteriyasının tıxanması səbəbindən işemik insult keçirdiyini göstərib. Alimlər müəyyən ediblər ki, bu, homosistein amin turşusunun səviyyəsinin artması ilə əlaqəli olub.

Homosistein analizi verməklə orda pozulmanın olub-olmamasını müəyyən etmək olar.

Uşaq sağalıb, amma br az nevroloji qüsurlar qalıb.

Uşaqlarda insult hallarına son dərəcə nadir rast gəlinir: 18 yaşa qədər hər 100 min uşağa 1,2-dən 13 hala qədər. Oğlan uşaqları insultlara daha çox meyillidirlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.