Sağlamlıq

Uşaqlar üçün ən təhlükəli yeni il hədiyyəsi - FOTO

19 Dekabr 2023 02:25
Baxış: 673
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni ildə bir uşaq üçün ən təhlükəli hədiyyə kiçik maqnit toplarından hazırlanmış konstruksiya dəstidir, çünki onlar udulursa, uşağın sağlamlığı və hətta həyatı üçün ciddi risk yaranar.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə dekabrın 16-da "İzvestiya"ya müsahibəsində pediatr Olqa Tatarkina bildirib.

"İlk baxışda maqnit toplarından hazırlanmış konstruksiya dəsti uşağın inkişafı üçün faydalı oyuncaqdır. Ancaq yeyilməz şeyləri dadmaq istəyi heç bir yaşda uşaqları tərk etmir. Belə bir maqnit topunu udmağın nəticələrini aradan qaldırmaq kifayət qədər sadə bir işdir. Amma iki və ya daha çox top udulursa, onu çıxarmaq çətinləşir və uşağın həyatı üçün təhlükə dəfələrlə artır", - deyə Tatarkina xəbərdarlıq edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.