Sağlamlıq

Alimlərdən valideynlərin bildiyi, amma əməl etmədiyi təhlükə barədə XƏBƏRDARLIQ

12 Dekabr 2023 03:20
Baxış: 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Smartfondan gündə dörd saatdan çox istifadə etmək psixi sağlamlığa mənfi təsir göstərir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə koreyalı alimlər 40 mindən çox yeniyetmə üzərində araşdırmadan sonra açıqlama veriblər.

Bildirilib ki, belə uşaqlarda stress, yuxu pozğunluğu və depressiv simptomlar daha yüksəkdir. Bundan əlavə, elm adamları intihar düşüncələri, zərərli vərdişlər, narkotik istifadəsi və piylənməni qeyd etdilər.
Əvvəllər ekran vaxtı gündə iki-üç saata qədər məhdudlaşdırılması tövsiyə edilirdi, lakin adətən uşaqların yaşını və yaşla dəyişən sosial aktivliyini nəzərə alınmırdı. Yeni araşdırma göstərir ki, yeniyetmələr arasında gündəlik smartfon istifadəsi üçün hədd dörd saatdır.

Ancaq bu standartları aşan insanların nisbəti də durmadan artır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.