Sağlamlıq

Qızılca xəstəliyinin yoluxma sürəti qrip virusundan 6 dəfə çoxdur - VİDEO

27 Noyabr 2023 23:21
Baxış: 1 022
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər ölkə ərazisində qızılca xəstəliyinə yoluxan uşaqların sayı artıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, təkcə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına bir ay ərzində qızılca simptomları ilə 64 müraciət daxil olub.

Kürdəmir rayonunda isə bu xəstəliklə əlaqədar son 10 gündə 60-a yaxın müraciət qeydə alınıb.

Pediatr-infeksionist Aytən Ziyadova deyib ki, qızılcanın anidən yayılmasına səbəb uşaqların peyvənddən yayındırlmasıdır. Xüsusilə də pandemiya dövrünə düşən peyvəndlənmə dönəmində yayınmalar daha çox olub.

İnfeksionist bildirib ki, digər xəstəliklər kimi, qızılcanın da ağır fəsadlarından qorunmaq üçün peyvənd olunmaq mütləqdir. Xəstəliyin ağırlaşması gözün buynuz qişasının zədələnməsi, pnevmaniya və digər hallarla müşahidə oluna bilər.

Aytən Ziyadova qeyd edib ki, qızılca xəstəliyinin yoluxma sürəti qrip virusundan 6 dəfə çoxdur. Bu səbəbdən də 7-10 gün ərzində ev şəraitində, ağırlaşma halında isə xəstəxanada müalicə edilməsi və sahə həkiminə müraciət olunması mütləqdir.  

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.