Sağlamlıq

İtaliyadan Azərbaycana xüsusi təcili tibbi yardım avtomobilləri gətirildi - FOTO

11 Noyabr 2023 19:49
Baxış: 971
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycana psixi pozuntu vəziyyətində olan və ya psixiatriya yardımından istifadə edən şəxslərin daşınması üçün xüsusi təcili tibbi yardım avtomobilləri gətirilib.

Milli.Az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bildirilib.

Qeyd olunub ki, bu tip avtomobillərin sayı 3 ədəddir: "Psixiatrik təcili tibbi yardım avtomobillərinin arxa salonu 2 üzbəüz kreslo kilitli remen ilə, arxa şüşələr və salon arakəsmə dəmir barmaqlıqlarla, həmçinin orta salon 4 yerlik (3 nəfər tibbi personal,1 nəfər xəstəni müşayiət edən) oturacaq ilə təchiz olunub. İtaliya istehsalı olan avtomobillərin dövlət tibb müəssisələrinə paylanılması nəzərdə tutulub".

Bildirilib ki, agentlik son illərdə tibb müəssisələrində təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin, əlçatanlığının və operativ göstərilməsinin təmin olunması ilə bağlı tədbirləri davam etdirir:

"Agentlik dövlət tibb müəssisələrini yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 100 ədəd təcili tibbi yardım avtomobilləri satın alıb. Bura 66 ədəd sadə differensiallı, 10 ədəd perinetal küvəzlə təchiz olunmuş, 20 ədəd reanimobil, 1 ədəd portativ rentgen aparatlı və 3 ədəd psixiatrik təcili tibbi yardım avtomobilləri daxildir".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.