Sağlamlıq

Təzyiqi düzgün ölçməyin 3 qaydası

12 Noyabr 2023 06:36
Baxış: 1 000
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı həkimlər əhaliyə təzyiqi ölçərkən əsas 3 qaydanı açıqlayıb.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, həkimlər Yelena Malışeva və German Qandelman yalnız electron tonometrdən istifadəni uyğun bilib.

"Qlobal olaraq bu tonometr mümkün səhvləri aradan qaldırıb, standarta daha uyğundur. Klassik tonometrdən peşəkar həkimlər daha effektiv işlədə bilər.

Mexaniki tonometrdə səhv etmək ehtimalı yüksəkdir.

Qızıl standart təzyiqin çiyində ölçülməsidir. Biləkdə ölçmək dəqiq nəticə vermir.

Eləcə də tonometrin manşeti xəstənin qoluna uyğun seçilməlidir. Dar, kiçik manşetlə ölçsəz, təzyiq süni olaraq yuxarı göstərəcək.

Boş manşet isə təzyiqi ölçməyə imkan verməyəcək.

O ki, qaldı təzyiq nə vaxt ölçülməlidir? Xəstələr gündə 2 dəfə təzyiqi ölçməlidir. İnsanlar arasında belə mif yayılıb ki, baş ağrısı təzyiqdən xəbər verir. Bu, heç də belə olmur. Eləcə də təzyiq xəstəsi təzyiqin yuxarı olub-olmamasından asılı olmayaraq, təzyiq dərmanını içməlidir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.