Sağlamlıq

Bir çox insanın yol verdiyi səhv

4 Noyabr 2023 06:30
Baxış: 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalı zədələyən zaman nə etməliyik?

Milli.Az sağlamolun.az-a istinadən xəbər verir ki, bu sualı rusiyalı dermatoloq Alyona Kolesnik cavablandırıb.

O qeyd edib ki, zədələnmiş xal qızara, ağrıya və hətta yerində iltihablı proses başlaya bilər:

"Bunun qarşısını almaq üçün çox zaman zədələnmiş xalı antiseptik ilə işləyib, üstündən plastr yapışdırırlar. Bunu etmək qətiyyən olmaz. Zədələnmiş nöqtəni bağlamaq olmaz. Heç bir halda zədələnmiş xalın üstünə spirt, antiseptik və ya hidrogen peroksid vurmaq olmaz", - deyə mütəxəssis əlavə edib.

Kolesnik vurğulayıb ki, gündə iki dəfə xlorheksidin ilə zədələnmiş yeri işləmək olar. Ancaq istənilən halda dermatoloqa müraciət etmək yaxşı olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.