Sağlamlıq

Bu kişilər təcili həkimə getməlidir - Xəbərdarlıq

6 Noyabr 2023 06:36
Baxış: 6 546
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kişilər çox zaman onlar üçün vacib testosteron hormonunda dəyişiklikləri vaxtında aşkar etmirlər və həyat enerjisi söndükdən sonra həkim axtarışına çıxırlar.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, uroloq Dmitriy Zelenin hansı hallarda kişinin yubanmadan həkimə getməli olduğunu açıqlayıb.

"Kişidə normal testosteron səviyyəsi həyat enerjisiə, güclü immun sistemi, ürək-damar sisteminin profilaktikası, eləcə də uğurlu intim həyat deməkdir.

Əgər kişi özündə cinsi zəiflik, orqazm problemi, sonsuzluq, kökəlmə, piylənmə, saç tökülməsi varsa, yuxusuzluq, yorğunluq, gücün azalması hiss edirsə, yubatmadan, endokrinoloq, uroloq-androloqa müraciət etməlidir.

Çünki təkcə cins zəifliyin olması və normal cinsi əlaqənin olmaması kişinin ömrünü qısaldır.

Əlbəttə ki, günahkar təkcə testosteron deyil. Kişilərdə şəkər, təzyiq, damar tutulması və s. də ola bilər. Bunlar bir-biri ilə bağlıdır.

Ona görə yuxarıdakı əlamətlər varsa, mütləq yoxlanmalısız ki, bu xəstəliklər də inkar və ya təsdiq olunsun".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.