Sağlamlıq

Şəhər yollarında təhlükə - Bu, xərçəng yaradır

24 Oktyabr 2023 03:15
Baxış: 758
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İri şəhərlərin yollarında təhlükəli kanserogen maddə olur. Bu maddə avmobil yanacağı qazlarından əmələ gəlir.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki,yollardakı tozda müxtəlif elementlər var - torpaq, gübrə, xırda zibil, təkərlərdən rezin hissəcikləri. Onların üzərinə daha təhlükəli maddə ağır metal və PAU çökür.

Bu toz burun -nəfəslə asanlıqla orqanizmə daxil olur, dəri ilə təmasda olur.

Lomonosov adına universitetin alimləri yol tozunda olan kanserogen maddə - benzapirenin təsirini araşdırıb.

O atmosferə avtomobil yanacağı və sənaye qazlarından atılır.
Alimlər Moskva üzrə yollardan 160 nümunə toplayıb. Eləcə də kənar məhəllə və həyətlərdən tozları yoxlayıb.
Məlum olub ki, Moskva üzrə əsas yollarda benzapirenin miqdarı normadan 53 dəfə çoxdur, hər kiloqrama 0,23 mq düşür.
Ən çirkli yerlər sakinlərin istifadə etdiyi avtomobil dayanacaqları idi. Onlar da yaşayış yerlərinə yaxındır.

Bununla da paytaxtda yaşayanların sağlamlığının təhlükə altında olduğu sübut olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.