Sağlamlıq

Ürək sağlamlığını qorumağın yolları

15 Oktyabr 2023 01:45
Baxış: 1 534
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Orta fiziki fəaliyyət və sağlam həyat tərzinin prinsiplərinə riayət etmək qocalıqda ürəyin sağlam olmasını təmin etməyə imkan verir".

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu rusiyalı kardioloq Anastasiya Fomiçeva deyib.

"Əsas daha çox hərəkət etmək və oturaq vaxtı azaltmaqdır", - həkim bildirib.

Orta həcmdə məşq ürək sağlamlığına müsbət təsir göstərir. 50 yaşdan sonra sürətli gəzinti, üzgüçülük və ya velosiped sürmə kimi fiziki fəaliyyətlərə diqqət yetirmək daha yaxşıdır. Həkim yaşlı insanlara gündə ən azı yarım saat vaxtını aerobik məşqlərə ayırmağı, bir saat təmiz havada gəzintiyə çıxmağı məsləhət görüb.

"Ürək-damar sisteminin vəziyyəti də qidalanmadan asılıdır. Ən yaxşı seçim "Aralıq dənizi" pəhrizidir. Bu menyuya bitki mənşəli qidalar, yağlı balıqlar və zeytun yağı daxildir. Duz və sadə karbohidratların qəbulunu azaltmaq vacibdir", - Fomiçeva əlavə edib.

Ürək sağlamlığını qorumağın başqa bir prinsipi pis vərdişlərin və stresin olmamasıdır deyən həkim, həmçinin gündəlik rejimi qurmaq lazım olduğunu, keyfiyyətli yuxunun orqanizmin resurslarını bərpa etməyə imkan verdiyini xüsusi vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.