Evdə diş baxımı yalnız fırçalamaqla məhdudlaşmamalıdır, dişlərə qulluq prosedurunun maksimum effektiv olmasını təmin etmək üçün əlavə gigiyena vasitələrindən də istifadə etmək lazımdır.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu rusiyalı stomatoloq-cərrah Vyaçeslav Minko deyib.
"Diş ipindən istifadə edərək, dişlərinizin yan səthlərini hərtərəfli təmizləyə bilərsiniz, bu da kontakt kariyes riskini azaldır... Düzdür, onun istifadəsinə əks göstərişlər var, məsələn, parodontit", - deyə stomatoloq izah edib.
O, əlavə edib ki, ağız yaxalayıcıları yalnız həkimin göstərişi əsasında istifadə edilməlidir, diş köpüklərindən isə hər gün istifadə etmək olar.
Milli.Az