Sağlamlıq

Yuxudan oyandıqdan dərhal sonra niyə qəhvə içmək olmaz? - CAVAB

14 Avqust 2023 23:56
Baxış: 1 598
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yuxudan oyandıqdan sonra bir saat ərzində qəhvə içmək zərərlidir. 

Milli.Az lent.az-a istinadən bildirir ki,  bunu ailə həkimi Tatyana Zaxarova deyib.

Həkimin fikrincə, ilk qəhvə qəbulu sayıqlıq səviyyəsinə təsir edə və ya kofeinə tolerantlığı artıra bilər.

"Oyandığımız zaman kortizol səviyyələrimiz ən yüksək həddə çatır. Tez-tez streslə əlaqəli olan kortizol diqqətlilik səviyyəsini artırır. Beləliklə, kortizol səviyyələri artıq yüksək olduqda kofein istehlakı bunun əleyhinə işləyə bilər və ya hətta kofein tolerantlığının yaradılmasına kömək edə bilər", -həkim deyib. O, bir doza kofein qəbul etməzdən əvvəl oyandıqdan sonra ən azı bir saat gözləməyi məsləhət görür.

Zaxarovanın sözlərinə görə, yuxuya zərər verməmək üçün son qəhvə qəbuluna saat 14:00-da icazə verilir. O izah edbi ki, bir fincan qəhvə içdikdən beş-yeddi saat sonra belə, kofeinin yarısı hələ də bədəndə qalır.

Həkim qəhvədən qətiyyən imtina etməyi məsləhət görmür, çünki bu içki Alzheimer xəstəliyi kimi neyrodegenerativ xəstəliklərə qarşı təsirlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.