Sağlamlıq

Gənclərdə xərçəngin yaranma SƏBƏBLƏRİ

28 İyul 2023 19:41
Baxış: 1 828
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Edinburq Universitetinin Qlobal İctimai Səhiyyə Departamentinin sədri Devi Sridhar gənclərdə xərçəngin əsas səbəblərini açıqlayıb. 

Milli.Az lent.az-a istinadən bildirir ki, mütəxəssisin fikrincə, son onilliklərdə gənc nəsil arasında xərçəng xəstəliyinə yoluxma hallarında kəskin artım müşahidə olunub. 

Onun sözlərinə görə, siqaret, alkoqol istehlakı, piylənmə, fiziki hərəkətsizlik və pis qidalanma xəstəliyin inkişafına təsir göstərir. 

"Yüksək dərəcədə işlənmiş qidaların, xüsusən də doymuş yağ və şəkərlə zəngin olan qidaların qəbulu bağırsaq mikrobiomunu pis şəkildə dəyişir. Bu da, gənc nəsildə xərçəngə səbəb olur.

Əsas problem ondan ibarətdir ki, bir çox insanlar emal olunmuş məhsulların mövcudluğu və davamlılığına görə almağa üstünlük verir. Lakin belə qidalar böyüklərin və xüsusilə uşaqların sağlamlığına zərərlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.