Sağlamlıq

Gilasın bilmədiyimiz FAYDALARI - Bu meyvənin cəmi 100 qramı...

12 İyul 2023 21:49
Baxış: 1 359
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həkim Mariya Voronenko yayda gilas yeməyin vacibliyinin səbəbini açıqlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, həkimin fikrincə, yay mövsümündə qida rasionu vitamin, mineral və antioksidantların əvəzsiz qaynağı olan giləmeyvələrlə zənginləşir. 

Onun sözlərinə görə, xüsusilə gilasın istehlakı çox vacibdir:

"Çünki gilas orqanizm üçün bir sıra faydalı xüsusiyyətlərə malikdir. Bu yay meyvəsi çox dadlıdır, qida dəyəri yüksəkdir, kalorisi azdır. Gilasın tərkibində çoxlu miqdarda C vitamini var, məlum olub ki, bu meyvənin cəmi 100 qramı orqanizmin gündəlik ehtiyacının 20 faizini ödəyir. C vitamini isə öz növbəsində bir sıra digər vacib funksiyaları yerinə yetirəcək, xüsusən də immunitet sistemini gücləndirəcək.

Bundan əlavə, gilas həzm sisteminin işini yaxşılaşdıran və bağırsaq mikroflorasının normallaşmasına kömək edən liflə zəngindir. Giləmeyvə həmçinin ürək əzələsini gücləndirən çoxlu kalium ehtiva edir və albalının tərkibindəki kumarinlər qan laxtalanmasının qarşısını alır, tromboz və digər ciddi xəstəliklər riskini azaldır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.