Sağlamlıq

ABŞ kəşfiyyatı: “SARS-CoV-2” virusu bioloji silah kimi...

24 İyun 2023 08:42
Baxış: 1 855
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ kəşfiyyatında Çinin Vuhan Virusologiya İnstitutunda (WIV) baş verən hadisənin koronavirus pandemiyasına səbəb olduğuna dair heç bir sübut yoxdur.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Amerika kəşfiyyat xidmətlərinin ABŞ Konqresinə göndərilmiş hesabatında deyilir.

Sənədin məxfilikdən çıxarılan variantı ölkənin milli kəşfiyyat direktorunun ofisi tərəfindən ixtisarlarla açıqlanıb.

Sənəddə deyilir ki, ABŞ kəşfiyyat cəmiyyətinin bütün departamentlərinin qiymətləndirməsinə əsasən "SARS-CoV-2" virusu bioloji silah kimi hazırlanmayıb.

Bundan əlavə, qiymətləndirmələrə görə, bir sıra Vuhan Virusologiya İnstitutunun alimləri ənənəvi laboratoriya üsullarından istifadə edərək koronavirusların genetik formalarını öyrəniblər.

"Bununla belə, ABŞ kəşfiyyatının bu təcrübələrdə SARS-COV-2-nin istifadəsinə dair heç bir dəlil yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.