Sağlamlıq

Tibb dünyasında inqilabi ixtira

21 İyun 2023 17:22
Baxış: 1 334
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı alimlər qan testi ilə beyin xərçəngini erkən mərhələdə müəyyən etməyi öyrəniblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, araşdırmanın nəticələri "Pharmaceutics" jurnalında dərc olunub.

Glioma - beyin şişinin ən ağır növlərindən biridir. Onu erkən mərhələdə müəyyən etmək və hətta simptomlar başlayandan sonra diaqnoz qoymaq çətindir. Bu tip xərçəng adətən şiş çıxarıldıqdan sonra aparılan histoloji müayinə ilə təsdiqlənə bilər.

Tomsk Dövlət Universitetinin alimləri isə qandakı biomarkerlərə əsaslanaraq bu xəstəliyi müəyyən etmək üçün yeni qeyri-invaziv üsul hazırlayıblar. Onlar bunun üçün Raman spektroskopiyasından istifadə ediblər. Bu üsul qanda şiş hüceyrələri tərəfindən ifraz olunan spesifik kimyəvi birləşmələri yüksək dəqiqliklə aşkar etməyə imkan verir.

Alimlərin sözlərinə görə, yeni ixtiradan gələcəkdə digər şişlərin aşkarlanmasında da istifadə etmək olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.