Sağlamlıq

Hansı hallarda uşaqlara peyvənd vurmaq olmaz? - PEDİATR AÇIQLADI

7 May 2023 23:39
Baxış: 1 509
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Peyvəndlər immun sistemində bir çox xəstəliklərlə daha səmərəli mübarizə aparmağa kömək edir. Peyvənddən sonra virus orqanizmə daxil olsa da, immunitet onu məhv edir.

Maraqlıdır, görəsən, hansı hallarda uşaqlara peyvənd vurmaq olmaz?

Milli.Az xəbər verir ki, pediatr Elşən Tağıyev Lent.az-a açıqlamasında bildirib ki, peyvəndlərdə mütləq və nisbi əks-göstərişlər var. 

Onun sözlərinə görə, mütləq əks-göstərişlər məhdud saydadır:

"Peyvənd vurulmadan öncə körpədən ikinci ayında qan analizi götürülür. Təbii ki, iki aylıq körpədə fizioloji qan azlığı görülə bilər. Əgər, qan azlığı varsa, peyvənd vurulmur. Əslində qan azlığı heç bir halda peyvənd olunmamağa səbəb deyil. Əksinə ciddi qan xəstəliyi olan körpələrə standart peyvənddən başqa əlavə peyvənd də vurulur. Nisbi əks-göstərişlər isə kəskin xəstəliklərdir. Əgər, lörpədə kəskin xəstəliklər varsa, bu zaman körpəyə peyvənd vurulmur. Həmin xəstəlikdən sağaldıqdan dərhal sonra peyvənd vurulur. Bütün dərman preparatları kimi peyvəndin də əlavə təsirləri ola bilər.

Peyvəndləmədə ən çox rast gəldiyimiz əlavə təsir yüksək hərarətdir. Yüksək hərarət isə daha çox köhnə nəsil peyvəndlərdə rast gəlinir. Peyvənddən sonra ağrının və ya qızartının olması normaldır. Ciddi əlavə təsirlər demək olar ki, rast gəlinmir. Bu təsirlər çox nadir hallarda baş verir. Peyvəndlər uşaqları təhlükəli xəstəliklərdən qoruyur. Ona görə də uşaqlar mütləq peyvənd olunmalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.