Sağlamlıq

Analizə ehtiyac qalmır - 1 qaşıqla "diaqnoz"...

15 Aprel 2023 18:36
Baxış: 1 324
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Həkimlər bir qaşıq vasitəsilə sağlamlığımız barədə məlumat toplamağın yollarını öyrədir. 

Milli.Az lent.az-a istinadla maraqlı metodu sizinlə bölüşür.

Səhər-səhər acqarına yemək qaşığını dilinizlə isladın. Sonra həmin qaşığı təmiz bir plastik torbanın içinə qoyub, bir neçə dəqiqə güclü işıq altında saxlayın.

5 dəqiqə sonra qaşığı çıxarın. Onun üzərində iz və pis iyi yoxdursa, bu daxili orqanların sağlam olmasından xəbər verir.

Qaşıqdan güclü çürük iyi gəlirsə, bu qaraciyər və mədə probleminə işarədir. Üzərində sarı izlər və acı bir iy öd kisənizin problemli olması anlamına gəlir. Şirin iy gəlirsə, diabet olma ehtimalınız var. Amonyak iyi gəlirsə, bu böyrəklərdəki problemlərdən xəbər verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.