Sağlamlıq

Yumurtanın axşam yeməyində faydaları

17 Aprel 2023 08:38
Baxış: 1 667
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Mütəxəssislər arıqlamaq istəyənlərə səhər yeməyində deyil, axşam yeməyində yumurta yeməyi məsləhət görür.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə  "Rosbalt" məlumat yayıb.

Tədqiqatçılar müxtəlif vaxtlarda yumurta yeməyin daha yaxşı arıqlamağa kömək etdiyini müəyyən ediblər.

Belə ki, əgər məqsəd arıqlamaqdırsa, o zaman proteinlə zəngin pəhrizin köməyi ilə buna daha tez nail ola bilərsiniz.

Protein maddələr mübadiləsini stimullaşdırır və digər şeylər arasında əzələ kütləsinin saxlanmasına və qurulmasına kömək edir.

Yumurta yüksək protein tərkibinə görə arıqlamaq üçün də ideal qəlyanaltıdır.

Ölçüsündən asılı olaraq, bir yumurtada təxminən altı qram protein var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.