Sağlamlıq

DİQQƏT! Bu içkilərdən uzaq durun

11 Aprel 2023 23:44
Baxış: 2 041
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkərli içkilər eyni kalorili içkilərdən daha təhlükəlidir. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, dietoloq Svetlana Pavliçenko bildirib ki, şəkərli içkilər tez-tez piylənməyə səbəb olur.

Onun sözlərinə görə, piylənmə bütün orqan və sistemlərin, xüsusən də qaraciyərin normal fəaliyyətini pozur:

"Şəkərli içkilər metabolik sindromun inkişafına və qan təzyiqinin artmasına səbəb olur. Piylənmə ürək xəstəliklərinin inkişafına gətirib çıxarır, bəzi xərçəng növlərini və şəkərli diabeti təhrik edir. Araşdırmalar göstərir ki, şəkərlə zənginləşdirilmiş içkilər təkcə piylənmə riskini deyil, həm də hipertoniya, insulin müqaviməti, yağlı hepatoz, dislipidemiya, II tip diabet və kariyes riskini də artırır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.