Sağlamlıq

DİQQƏT! Bu xəstəliklər psixologiyaya təsir edir

20 Mart 2023 23:35
Baxış: 1 002
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nyu-York Universitetinin mütəxəssisləri diabet, diş itkisi ilə insan psixologiyası arasında əlaqə tapıblar. 

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, vaxtında diş müalicəsi, eləcə də şəkər xəstəliyinə nəzarət psixi funksiyanın pisləşməsini və Alzheimer xəstəliyi riskini azaltmağa kömək edir.

Alimlər 75 yaşdan yuxarı 12 qocanın məlumatlarını yaşa görə təhlilini aparıblar. Onlara diş itkisi, şəkərli diabet və digər tibbi amillərlə bağlı suallar verilib. Bütün dişlərini itirmiş insanlar xüsusi maraq doğurub. Məlum olub ki, 65-84 yaş arası şəkərli diabet və tam diş itkisi olan xəstələrin psixoloji vəziyyətləri heç bir xəstəliyi olmayan iştirakçılara nisbətən daha pisdir. 

Məlumdur ki, diabet idrak qabiliyyətinin azalması və demansiya üçün risk faktorudur. Bunun səbəbi yüksək qan şəkəri, insulin müqaviməti, iltihab və əlaqəli ürək xəstəlikləri beyində dəyişikliklərə kömək edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.