Sağlamlıq

Yeməkdən sonra BUNU QƏTİ ETMƏYİN

10 Mart 2023 23:48
Baxış: 1 533
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çoxlarımız bilirik ki, yeməkdən sonra dərhal uzanmaq və ya yatmaq olmaz. Ama səbəbləri haqqında az məlumatlıyıq.

Milli.Az "Medicina"-ya istinadən xəbər verir ki, yeməkdən dərhal sonra uzanmaq və yatmaq ezofagit xəstəliyinin riskini artırır. İnsan uzandıqda mədədə olan turşu kütləsinin bir hissəsi geriyə, qida borusuna axır.

Əgər bu hal tez-tez təkrarlananrsa, bu qida borusnun divarlarının iltihabına, divarlarda koroların əmələ gəlməsinə səbəb olur. Qida borusunun iltihabı ezofagit adlanır. Bu cox ciddi pozulma sayılır. Uzun müddət ərzində mövcud olan və müalicə olunmayan bu iltihab qida borusunda xərçəngin yaranmasına və inkşafına səbəb ola bilər.

Yeməkdən sonra dərhal uzanan və ya yatan insanlarda şəkərli diabet xəstəliyinin riski arta bilər.

Digər tərəfdən yeməkdən dərhal sonra uzanmaq piylənmə riskini artırır. Yuxu zamanı mübadilə prosesləri ləngiyir və bu da çəkinin artmasına gətirib çıxardır.

Yeməkdən dərhal sonra uzanmaq və yatmaq qanda xolesterin səviyyəsi çoxaldır. Bu proses ürək damar sisteminə mənfi təsir göstərir. İnsult və infarktın riskini artırır.

Alimlər yeməkdən dərhal sonra bir qədər gəzməyi tövsiyyə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.