Sağlamlıq

Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı

30 Mart 2022 21:22
0 Şərh     Baxış: 837
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alimlər brokkolidə kovid infeksiyasına qarşı effektiv təsirli maddə aşkarlayıb.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, bu kəşfi Cons Hopkins universitetinin alimləri edib.

Brokkolidə olan sulforafan adlı orqanik birləşmə, virusun orqanizmdə yayılmasını və hüceyrə qatına keçməsinin qarşısını alır.
Pandemiya dövründə alimlər sulforafanın antikoronavirus effektini də laborator sınaqlardan keçirib.

Siçanlar üzərində təcrübə göstərib ki, bu maddə həqiqətən kovidə qarşı təsir edir. Brokkolini koronavirusa yoluxmamaq və profilaktika məqsədlə istifadə etmək olar.

Belə ki, hər kq çəkiyə 30 milliqram sulforafan qəbul edən siçanlarda virus yükü 17%, ağciyərlərdə virus 10%, tənəffüs yollarında 9% azalmış, bu heyvanlar koviddən ağırlaşmamışdır.

Sulforafan ağciyərlərin iltihabını azaltmış, immunitetin hiperaktiv reaksiyasının qarşısını almışdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.