Sağlamlıq

Koronavirus hissəcikləri havada çox uzaqlara yayıla bilər

18 Fevral 2022 22:44
0 Şərh     Baxış: 1 297
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusun kiçik hissəcikləri xəstələrin ağciyərlərindən çıxaraq uzun müddət havada asılı qalır və əvvəllər güman edildiyi ilə müqayisədə daha böyük məsafəyə yayılır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, London Universitet kolleci tərəfindən aparılmış laboratoriya tədqiqatları bu nəticəyə gəlməyə əsas verir.

Tədqiqatın müəllifləri insanın nəfəs aldığı, danışdığı və öskürdüyü zaman havaya düşən respirator damcı sistemlərini ətraflı təhlil edərək bu qənaətə gəliblər ki, həmin selikli qişa virus hissəciklərinin daha uzaq məsafələrə yayılmasına imkan verir. Nəticədə "çarpaz yoluxma" deyilən hadisə baş verir. Mütəxəssislər hesab edirlər ki, ölçüləri cəmi bir neçə mikron olan aerozol damcıları demək olar ki, ani sürətlə havada quruyur və zərərsizləşir.

Lakin elmdə sübut edilib ki, koronavirusa yoluxmuş insan otaqdan çıxandan cəmi bir neçə dəqiqə sonra oradakı insanlar da koronavirusa yoluxurlar. Belə bir konsepsiya da yoxlanıb ki, viruslar xeyli uzaq məsafədə yoluxma xüsusiyyətini saxlaya bilir. Bu konsepsiya real dünyada aparılan müşahidələrə tam uyğundur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.