Sağlamlıq

Ümumi qan analizində onkoloji xəstəliyi görmək olurmu? - Hematoloqdan açıqlama

20 Fevral 2022 21:05
0 Şərh     Baxış: 1 144
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ümumi qan analizində görünən bəzi dəyişikliklər orqanizmdə onkoloji prosesdən xəbər verə bilər.

Milli.Az xəbər verir ki, bu barədə hematoloq Andrey Noviçkiy açıqlama verib.

Bədxassəli proseslərin orqanizmdə ola biləcəyini göstərən analiz eritrositlərin çökmə sürətidir - EÇS və ya SOE. Normalda o 20-dən yuxarı olmamalıdır.

Əksər hallarda bu digər iltihabi proseslərdə də qalxır, amma sonra enməlidir.

Eləcə də trombositlərin, eritrosit və leykositlərin normadan çox kənara çıxması, trombositlərin həddən artıq yüksəlməsi də onkologiyaya işarə ola bilər.

Ona görə də hər bir vətəndaş ildə 2-3 dəfə qan ümumi analiz verib, poliklinikada dispanserizasiyadan keçməlidir.

Qan ümumi analizini yalnız terapevtiniz incələyə bilər. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.