Sağlamlıq

Ürək üçün ən vacib element və qida açıqlandı

20 Fevral 2022 21:25
0 Şərh     Baxış: 1 512
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Hər bir orqanizmdə hüceyrələri dağıdan aqressiv birləşmələr var.

Bu birləşmələrin təsirini azaltmaq üçün vacib komponentlərdən biri də selendir.

Milli.Az xəbər verir ki, həkim Svetlana Fus selenin ürək və qalxanvari vəzini qoruduğunu, şiş hüceyrələrinin mutasiyasının qarşısını aldığını bildirib.

Selen reproduktiv sistem və immunitet üçün də vacibdir.

Həkim bildirib ki, ərzaqları bişirəndə 80% selen itirilir.

Süd, ət, tərəvəzlər qızardıldıqda, bişirildikdə selen itir.

Un və taxıllarda isə əksinə bu itki azdır. Ona görə də tam paxladan, keyfiyyətli un, çovdar, sıyıqlar. Yarmalar selenlə zəngindir.

"Orqanizmdə selen az olduqda qalxanvari vəz və ürəkdə problemlər başlayır. Əzələ tonuzu düşür, həzm pozulur. İnsan tez-tez xəstələnir. Əlavə olaraq seleni dərman formasında qəbul etmək üçün həkimlə məsləhətləşmək lazımdır". /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.