Sağlamlıq

Az yeyən kimi tez doymaq, mədədə tıxanma hissi... - Xərçəng əlaməti ola bilər

19 Yanvar 2022 22:25
0 Şərh     Baxış: 1 962
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yemək zamanı çox tez toxluq hissi mədə xərçənginin əlaməti ola bilər. Bundan başqa iştahsızlıq da xəstəliyin gözlənilməz simptomlarındandır.

Milli.Az bildirir ki, bu barədə Böyük Britaniya Milli Səhiyyə Xidməti (NHS) xəbərdarlıq edib.

Onların sözlərinə görə, yenitörəmə həmçinin mədə qıcqırması, turşu reflyuksu, ürəkbulanma, həzmsizlik, yorğunluq və qarın ağrısına səbəb ola bilər.

Mütəxəssislər daha bir həyəcan verici əlamət olaraq mədənin yuxarı hissəsində bir ağırlıq və yeməyi udmaq istəyərkən narahatlığı göstərirlər.

"Simptomlar dəyişirsə, pisləşirsə və ya özünüzü normal hiss etmirsinizsə, ümumi həkim müayinəsindən keçmək vacibdir", - deyə həkimlər vurğulayıblar.

Xərçəng riskini minimuma endirmək mümkündür. Bunun üçün çəkiyə nəzarət etmək, alkoqollu içkilərdən sui-istifadə etməmək, duz, qırmızı və işlənmiş ətin istifadəsini məhdudlaşdırmaq lazımdır.

Lakin qeyd edək ki, sadalanan simptomlar mədə bağırsağın digər onlarla xəstəliyində, hətta mədədə problem olmasa da nevroloji, psixoloiji səbəblərdən, stresdən ola bilər. Ona görə istənilən simptomda iıl növbədə mədə zondla yoxlanmalıdır. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.