Kivinin ən önəmli faydası
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aparılmış tədqiqat göstərib ki, C vitamini ilə zəngin olan kivi visseral piyin ərimə sürətini artırır. Visseral piy qarın boşluğunda yerləşir və orqanizmdə hormonların işini tənzimləyir. Onun həddindən artıq olması potensial təhlükələrlə nəticələnə bilər: xüsusilə, ürək xəstəlikləri riski artır, çünki visseral piyin tərkibinə spesifik kimyəvi maddələr daxildir.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, alimlərin qənaətinə görə, bəzi məhsulların qəbulu bu cür piylərin həddindən artıq miqdarından azad olmağa orqanizmə kömək edir - bununla əlaqədar olaraq onlar kivini qəbul etməyi tövsiyə edirlər.
"Nutrients" jurnalında dərc olunan tədqiqat nəticələrinə görə, kivi şəkərin qanda səviyyəsinə nəzarəti yaxşılaşdırır, bu isə piyin və çəkinin itirilməsi ilə bağlıdır.
Tədqiqatda iştirak edənlər hər gün 12 həftə ərzində 2 kivi qəbul edirdilər. Bu müddət bitdikdə insanlarda plazmada C vitamininin səviyyəsinin əhəmiyyətli dərəcədə artımı, həmçinin diastolik və sistolik qan təzyiqi göstəricilərinin azalması, bel və bel-omba hissəsi nisbətində azalma qeydə alınmışdı.
"Kivinin tərkibinə həzmi yaxşılaşdıran aktinidin fermenti daxildir. Yaxşı həzm və davamlı çəki azalması bir-birini yaxşı tamamlayır", - deyə tədqiqatçılar qeyd edirlər.
Alimlərin fikrincə, azı 69 qram çəkidə bir dənə kivinin tərkibində təxminən 64 milliqram C vitamini var. Məhz o fiziki iş zamanı bədəndə piyin əriməsini sürətləndirir. Bundan başqa kivi orqanizmdən azad radikalları xaric etməyə kömək edən xolin, lyutein və zeaksantin də daxil olmaqla, digər antioksidantların yaxşı mənbəyidir. Tədqiqat müəlliflərinin fikrincə, kivinin qəbulu və müntəzəm fiziki məşğələlər visseral piyin miqdarını əhəmiyyətli dərəcədə azaltmağa qadirdir, C vitamini tərkibli məhsulların kifayət qədər qəbulu isə insanları yağ kütləsinin toplanmasına daha dayanıqlı edə bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gülüstan Əliyeva toy fotosunu görüb ağladı - (Video)
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
-
Vüsalənin yeni evi - (Video)
-
“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib - (Foto/Video)
-
Oğlunun dəfninə gəlməyən, nazirin səfərə göndərməkdən imtina etdiyi xanəndə
-
BMT-yə üzv olan 51 ölkə Rusiyanı atəşkəsə çağırıb
-
Beyləqanda qəza - 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralandı
-
Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb - Yenilənib
-
Pezeşkian: Biz təcavüz yox, müdafiə üçün güclənmək istəyirik
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Rezai: Tramp və Netanyahu sağ qurtula bilməyəcək
-
Zeynəb Xanlarovanın səhhəti ilə bağlı açıqlama - Yenilənib
-
Aeroportda 20 min dollar tapdı, 3 minini dilənçilərə payladı
-
Əfv edilən yeganə qadın məhkum - (Foto/Video)
-
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 milyon manat ayrıldı
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Lavrov və Rubio Nyu-Yorkda görüşüb
-
Bakıda tanışının evindən 33 min manat oğurladı - Saxlanıldı
-
Tanınmış aktyor xəstəxanaya yerləşdirildi
-
Britaniyada hərbi təyyarə qəzaya uğradı
-
İmişlidə qanunsuz balıq ovlayan şəxs saxlanıldı
-
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib





