Sağlamlıq

Ət yeyənlərin damarları niyə tez tutulur? - SƏBƏB

3 Yanvar 2022 21:45
0 Şərh     Baxış: 1 084
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bioloqlar qırmızı və qızartma ət çox yeyənlənlərin daha çox aterosklerozdan- damar tıxanmasından əziyyət çəkdiyini bildirir. Onlar yeni elmi tədqiqatda bunu niyə baş verdiyini araşdırıb.

Milli.Az xəbər verir ki, Nature Microbiology dərgisində dərc edilən elmi məqalədə ət qidalarından bağırsaqda Emergencia timonensis bakteriyasının çoxaldığı bildirilir.

Bu bakteriyaların sintez etdiyi maddə, belə deyək bakteriya qalıqları damar divarlarında pıtraqlar yaradır.
Bu səbəbdən xolesterin də yüksəlir, damarların içində kalsiy yığılır və getdikcə damarlar daralır.

Klivlend klinikasının professorları ət qəbulu ilə ateroskleroz arasında əlaqəni sübut ediblər.

Ət qidaları bağırsaq mikroflorasını dəyişir, orda zərərli bakteriyaları çoxaldır.

Belə ki, bu mikroflora ətdə olan faydalı maddələri udub, onları TMAO maddəsinə çevirir. Aterosklerozun əsas səbəbkarı isə məhz TMAO-dur.

Emergencia timonensis bakteriyaları TMAO mokelulu üçün əsas mənbədir. Ət xoşlayanların bağırsağında bu bakteriya daha çoxdur, nəinki veqanlar. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.