Sağlamlıq

Stress zamanı orqanizmdə bunlar pozulur - Nə etməli?

6 Dekabr 2021 23:30
0 Şərh     Baxış: 1 213
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Stres insan orqanizmində "pis" xolesterinin səviyyəsini artıra bilər.

Milli.Az xəbər verir ki, bunu ingiltərəli tanınmış nutrisioloq Timoti Leqq bildirib.

"Belə ki, insan əsəbi olanda kortizol hormonu və adrenalin ifraz olunur, bu da trigliserid yağların ifraz olunmasına gətirib çıxarır. Bu yağlar orqanizm üçün əsas enerji mənbəyidir, lakin onların artıqlığı insanlar üçün təhlükəli olan "pis" xolesterinin əmələ gəlməsinə səbəb olur", - ekspert izah edib.

O qeyd edib ki, serotonin və dopamini sərbəst buraxmaq üçün idman etmək və sağlam qidalanmaq lazımdır.

Qidalanma mütəxəssisi narahatlıq səviyyəsini azaltmaq üçün həmçinin banan, brokoli, ispanaq, avokado və tünd şokolad istehlak etməyi tövsiyə edib. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.