Gürcüstan

Marneulidə gürcü dilini bilməyən azərbaycanlı belə cəzalandırldı

20 Sentyabr 2025 00:52
Baxış: 265
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Marneuli şəhərində gürcü bilməyən azərbaycanlı yeniyetmə şillələnib.

Milli.Az xəbər verir ki, hadisə zamanı bir nəfər şəxs "Melody" şirniyyat evinə gələrək orada çalışan yeniyetmədən gürcü dilində danışmağı tələb edib.

Məlumata görə, yeniyetmə gürcü dilində cavab verə bilmədikdə həmin şəxs ona şillə vurub. Bu zaman ətrafda olan vətəndaşlarla həmin şəxs arasında qarşıdurma yaşanıb.

Bildirilir ki, hadisəni törədən şəxs Marneuli Bələdiyyə Məclisinin sədr müavini Riçard Qiqaninin oğlu Mamuka Qiqanidir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və adıçəkilən şəxsin polis şöbəsinə aparıldığı qeyd olunur. (axar.az)

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.