Çox arıq olmaq, artıq çəkidən daha təhlükəli imiş
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni aparılan bir araşdırma göstərib ki, həddindən artıq arıq olmaq, artıq çəkili və ya yüngül dərəcədə kök olmaqdan daha ölümcül risk daşıyır. Alimlər bildirirlər ki, bəzi hallarda "kök amma formada olmaq" mümkündür.
Danimarkalı alimlərin 5 il ərzində 85 min 761 nəfər üzərində apardığı tədqiqatda iştirakçıların 8%-i dünyasını dəyişib.
Nəticələrə görə, artıq çəkili (BMI 25-30) və ya yüngül obez (BMI 30-35) şəxslərin ölüm riski, sağlam BMI aralığında (22.5-25) olan insanlarla müqayisədə daha yüksək deyil.
Əksinə, çox arıq (BMI 18.5 və altı) şəxslərdə ölüm riski 2,7 dəfə çox olub. Hətta sağlam aralığın aşağı sərhədində (BMI 18.5-20) olanlarda belə riskin ikiqat artdığı müşahidə olunub.
Mütəxəssislərə görə, bu nəticələr bəzən altda yatan xəstəliklərlə bağlı ola bilər. Yəni bədənin arıqlaması xəstəliyin təsiri ilə baş verirsə, ölüm riskini artıran əsas səbəb çəki yox, həmin xəstəlikdir.
Başqa bir araşdırma isə göstərib ki, arıq görünsələr də, bir çox insanda daxili orqanların ətrafında yığılan visseral yağlar mövcuddur. Bu yağlar ürək və damar sisteminin daha sürətli qocalmasına, hətta infarkt riskinin artmasına səbəb ola bilər.
Avropa Ürək Jurnalında dərc olunan nəticələrə görə, bədən forması, çəkidən daha vacibdir.
Qarın nahiyəsində yağ yığan "alma tipli" kişilərdə ürək yaşlanmasının daha sürətli olduğu müəyyən edilib.
Yan və bud nahiyəsində yağ saxlayan "armud tipli" qadınlarda isə ürəyin daha sağlam və gənc qaldığı müşahidə olunub.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ermənistan rəsmiləri Zəngəzur dəhlizi ilə bağlı bölgəyə getdi - Təfərrüat
-
Sumqayıtda şirkətin mühafizəçisi 1750 manatlıq metal oğurladı
-
Məhkum zərərçəkmişlə barışarsa, cəzası azaldıla bilər?
-
Aysun İsmayılova: "Dizayner idim, gördüm ki, çörək müğənnilikdədir"
-
Əli Əsədov bu sənədi təsdiq etdi
-
Əvvəllər 5 gün çəkirdi, indi 2 saata endiriləcək
-
Bakıda 2 yaşlı qız su kanalında boğularaq ölüb
-
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
-
Azərbaycanda payız yay havasına döndü
-
Avropa Liqası: "Beşiktaş" İngiltərə, "Yuventus" Fransa klubuna qarşı
-
Sabahdan bu məhsulların ixracı kəskin bahalaşacaq
-
"Səni sabah bu gündən daha çox sevəcəyəm"
-
Azərbaycan nefti bahalaşdı
-
Sergen Yalçının Türkiyə millisindəki qazancı bəlli oldu
-
Qarabağ xalçası Peruda muzeydə nümayiş etdiriləcək
-
Qazın qiyməti ucuzlaşdı
-
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
-
Səudiyyə Ərəbistanında hava limanına dron hücumu - Ölən və yaralananlar var
-
Paşinyanla Kobaxidze sammit üçün Brüsselə gedir
-
Qubada kişinin meyiti həyətdə tapıldı
-
Çinli müğənni konsertdə səhnədən yıxıldı (Video)
-
İsti havada kondisioneri qoşmaq qərarını sürücü verə bilməz – “BakuBus”
-
Neftin qiyməti kəskin bahalaşdı
-
Pendirdən daha çox kalsium ehtiva edir - sümükləri betona döndərir





