Cəmiyyət

Əvvəllər 5 gün çəkirdi, indi 2 saata endiriləcək

22 Oktyabr 2026 11:00
Baxış: 874
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanda xəzinə ödənişlərinin müddətinin 2 saata endirilməsi hədəflənir.

Milli.Az Report-a istinadla xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.

"Əvvəllər xəzinədən ödənişlərin həyata keçirilməsi üçün ən azı 5 iş günü tələb olunurdusa, hazırda ödənişlər eyni gün ərzində, orta hesabla maksimum 10 saat ərzində həyata keçirilir. Növbəti ildə bu müddətin 2 saata qədər azaldılması hədəflənir. Elektron müqavilə sistemi ilə yanaşı, yeni xəzinə modulu və elektron mühasibat sistemi də tam istifadəyə verilib. Bu sistemlər zənciri dövlət satınalmaları üzrə müqavilənin imzalanmasından ödənişin həyata keçirilməsinə qədər, eləcə də dövlət aktivlərinin reyestrində uçotun aparılmasına qədər bütün prosesləri əhatə edir, dövlət aktivlərinin vahid məlumat bazasının formalaşdırılmasına xidmət edir", - deyə nazir qeyd edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.