Texnologiya

"Mesajını görməmişdim" bəhanəsi tarixə qovuşur - "WhatsApp"da yeni funksiya

19 Sentyabr 2025 21:00
Baxış: 457
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Meta" məşhur ani mesajlaşma platforması "WhatsApp"ın iOS versiyasına yeni funksiya əlavə edib.

Milli.Az xəbər verir ki, artıq istifadəçilər vacib mesajların unudulmaması üçün proqram daxilində birbaşa xatırlatma təyin edə biləcəklər. Məlumata görə, yenilik WhatsApp 25.25.74 versiyasında təqdim edilib. İstifadəçilər mesaj hissəsini basıb saxladıqda açılan menyuda "Mənə xatırlat" seçimini görə bilirlər. Buradan 2 saat, 8 saat, 24 saat kimi hazır vaxt aralıqlarını seçmək, həmçinin fərdi tarix və vaxt təyin etmək mümkündür.

Bu funksiya xüsusilə işgüzar yazışmalarda və gündəlik tapşırıqların icrasında mesajların unudulmasının qarşısını almaq üçün nəzərdə tutulub.

WhatsApp-da mesaj xatırlatma funksiyasından istifadə qaydası:

Xatırlatmaq istədiyiniz mesajı uzun basın;

Açılan menyudan "Daha çox..." bölməsinə daxil olun;

"Mənə xatırlat" seçimini işarələyin;

Vaxt intervalını müəyyən edin.

Yeni funksiya yaxın günlərdə bütün iOS istifadəçilərinə təqdim olunacaq.

Aysel
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.