Gürcüstan

Türkiyə Cümhuriyyətinin yaranması günüdür

29 Oktyabr 2024 00:14
Baxış: 297
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Türkiyənin Cümhuriyyət bayramı günüdür.

Milli.Az-ın verdiyi xəbərə görə,1923-cü ilin oktyabrın 29-da Türkiyə dövlətinin siyasi quruluşu Respublika olaraq elan edilib.

Türkiyə Böyük Millət Məclisinin 29 oktyabr tarixli qərarı ilə dövlət respublika quruluşuna keçib.

Cümhuriyyətin elanından sonra Mustafa Kamal Paşa Türkiyənin ilk Prezidenti seçilib. Hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. 

Türkiyənin Cümhuriyyət bayramı 1925-ci ildən etibarən hər il oktyabrın 29-da qeyd olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.