Gürcüstanda yolun Azərbaycana gedən dolama hissəsinin tikintisi başa çatıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tbilisidən Azərbaycan sərhədinə gedən Bakurtsixe - Snori magistral yolunun bir hissəsinin tikintisi başa çatıb.
Milli.Az report.az-a istinadən xəbər verir ki, yolun açılış mərasimi yerli televiziya kanallarında yayımlanıb.
"Bu yolun açılmasından sonra avtonəqliyyatın insanların sıx məskunlaşdığı Snori və ətrafındakı altı kənddən keçməməsi çox vacibdir, bu da həmin yaşayış məntəqələrinin yükünü azaldacaq. Yeni yol hərəkət və təhlükəsizlik standartlarını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq, hərəkət vaxtını üç dəfə azaldacaq və nəqliyyatın buraxılış qabiliyyətini 2,5 dəfə artıracaq", - Gürcüstanın Baş naziri İrakli Kobaxidze tədbirdə deyib.
Öz növbəsində, Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze qeyd edib ki, tikilmiş 18 kilometrlik yol Tbilisi - Bakurtsixe - Laqodexi - Azərbaycan beynəlxalq magistralının bir hissəsidir.
Əvvəllər tranzit marşrutu kiçik kəndlərdən keçirdi.
Qeyd edək ki, Gürcüstanın şərqindəki Kaxeti bölgəsində Bakurtsixe və Snori şəhərləri arasındakı dolama yol layihəsinə iki zolaqlı yol və altı körpü daxildir. Yolun yeni hissəsinin tikintisi 2022-ci ildə Asiya İnkişaf Bankının dəstəyi ilə başlanıb və təxminən 33 milyon dollara başa gəlib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi
-
Leysana görə Tbilisi hava limanı işıqsız qaldı
-
Gürcüstandan azərbaycanlılar deportasiya olundu
-
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı
-
Gürcüstan parlamentinin iclasında dava düşüb - VİDEO
-
Azərbaycanlı tələbə Gürcüstanda öldü
XƏBƏR LENTİ
-
Binəqədi və Sabunçu rayonlarının bəzi ərazilərində qaz kəsiləcək
-
"Hade" keçmiş həyat yoldaşını belə təbrik etdi - (Foto)
-
Badımcan mürəbbəsi resepti
-
Bu 5 ifadə manipulyasiya edildiyinizə işarədir
-
Şarliz Terron oğlu ilə (Foto)
-
Dünyanın ən çox ziyarət edilən 4 ölkəsi
-
Aşpazlar badımcanı qızartmazdan əvvəl bunu edir: Acılıq yox olur
-
Dünyanın ən xoşbəxt insanı: Xoşbəxtliyin sirri bu 2 sözdə gizlidir
-
Ayaz Qasımov 10 kiloqram arıqladı (Video)
-
Quzu əti niyə fərqli qiymətlərə satılır? (Video)
-
Birinci kurs tələbəsi dünyasını dəyişdi
-
Zelenski azərbaycanəsilli məmuru vəzifəsindən azad etdi
-
İsti havalarda pomidorları tərs çevirin: Mütəxəssislərdən çağırış
-
Biləsuvarda zəncirvari qəza - bir nəfər ölüb
-
"Qarabağ"ın potensial rəqibi müəyyənləşib
-
Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
-
Ayanın İstanbuldakı evi (Video)
-
Günün qoroskopu: Özünüzə qarşı anlayışlı olmağı öyrənin
-
David Nuriyev narkotik təbliğatına görə cərimələndi
-
“Zirə”nin rəqibi bəlli oldu
-
Bəzi ərazilərdə qaz kəsiləcək
-
Zelenski Hakan Fidanı ordenlə təltif edib (Foto)
-
“Ata-anam deyirdi hamı döyülə-döyülə arvad olur” - 14 il şiddət görən qadın (Video)
-
“Qarabağ” “Vestri”yə qarşı - Start heyətlər





