Gürcüstan

Gürcüstanda xərçəng xəstələri dövlət hesabına müalicə ediləcək

11 Aprel 2024 21:12
Baxış: 1 188
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanda bütün xərçəng xəstələrinin müalicəsini dövlət maliyyələşdirəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Gürcüstanın Səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib.

Nazir deyib ki, gəliri və sığortasından asılı olmayaraq, bu xəstələrin müalicəsini dövlət öz üzərinə götürür.

Onun sözlərinə görə, proqramın iştirakçısı olmaq üçün qan testi, əlavə görüntüləmə tədqiqatları, kompüter tomoqrafiyası və skanlardan keçmək tələb olunur. Dərmanların təyin edilməsi üçün genetik test də tələb oluna bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.