Gürcüstan

Gürcüstan parlamentində dava - VİDEO

3 Aprel 2024 15:39
Baxış: 853
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan parlamentinin bugünkü iclası deputatların davası ilə başlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, deputat Aleko Elisaşvili hakim "Gürcü arzusu" partiyasının "Xarici agentlər haqqında" qanun layihəsini yenidən parlamentə təqdim etməsi hamı üçün təhqir olduğunu açıqlayıb.

Elisaşvilinin bəyanatı hakim partiyanın deputatlarının hiddətinə səbəb olub və söz mübahisəsi davaya çevrilib.

Parlamentin sədri Şalva Papuaşvili deputatlardan "Rusiya qanunu" sözünü işlətməməyi tələb edib. Sonra spiker Aleko Elisaşvilini iclas zalını tərk etməsini tələb edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.