Rusiyanın erməni üzü Tbilisini bombalamaqla təhdid etdi - Gürcülərin reaksiyası sərt olacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyanın "RT" dövlət telekanalının baş redaktoru Marqarita Simonyan yenə qalmaqallı açıqlaması ilə gündəm olub. Kremlin baş təbliğat ruporlarından biri Tbilisidə keçirilən etiraz aksiyalarından birinin videosunu şərh edərkən, 2008-ci ilin avqustu təkrar olunarsa Gürcüstan paytaxtına zərbə endiriləcəyi ilə hədələyib.
Simonyan da bir çox kremlyönlü təbliğatçılar kimi Gürcüstanda "xarici agent" qanununa qarşı bir neçə gündür davam edən izdihamlı etirazların guya xaricdən təsirləndiyini, məqsədin Gürcüstanı Rusiya ilə müharibəyə çəkmək olduğunu iddia edir. Simonyanın şərh etdiyi videoda etirazçılar Gürcüstanın separatçı bölgəsi - Abxaziyanın mərkəzi şəhəri Suxuminin adını xorla səsləndirirlər. Gürcüstan haqlı olaraq Abxaziyanı Rusiya tərəfindən işğal olunmuş ərazisi hesab edir. 2008-ci ilin avqustunda qısa, amma qanlı müharibədə Rusiya ordusu Gürcüstan qüvvələrini məğlub edib. Moskva Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanıyıb. Bu bölgələrdə Rusiya öz qoşunlarını saxladığına görə Gürcüstan və əksər ölkələr Abxaziya və Cənubi Osetiyanı işğal olunmuş ərazilər hesab edir. Simonyansa bildirib ki, əgər Gürcüstan bir də bu ərazilər üzərində nəzarəti qaytarmağa çalışarsa, "bu dəfə onun nazı ilə oynanmayacaq, ora heç qoşun da göndərilməyəcək, sadəcə olaraq heç nəyə məhəl qoymadan Tbilisiyə zərbə endiriləcək".
Simonyanın iddiasına görə Tbilisiyə zərbəni ən azı ona görə endirəcəklər ki, orada "Kiyev-Peçora lavrası" yoxdur və "heç kəs özünü gürcülərlə bir millət hesab etmir və Rusiya Federasiyası heç vaxt Tbilisi Rus dövləti olmayıb".
Belə götürəndə Simonyan başqa cür davrana bilməzdi. Axı ona bunun üçün yüz milyonlarla rubl ödənilir ki, o, Kremlin səsləndirə bilmədiklərini açıq şəkildə səsləndirsin. Rusiya iqtisadiyyatı Ukrayna ilə müharibə fonunda çökür. Artıq dövlət işçilərinin maaşlarının gecikdirilməsi ilə bağlı məlumatlar var. Ehtiyatların "yeyilməsi" uzun müddət kifayət etməyəcək. Bütün bunların fonunda Simonyana çoxdan öyrədildiyi "vur" əmri verildi. Nəzərə alaq ki, müasir Rusiyanın sülh proqramı, keçmiş SSRİ ölkələri üçün cəlbedici proqramı yoxdur. Yalnız şantaj, ancaq təhdid. Bu, təbii ki, mümkün olan yerlərdə anti-Rusiya əhval-ruhiyyəsinin artmasına gətirib çıxarır.
Azər Nuriyev
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb
-
680 tonluq böyük siyasət: işğal altındakı Abxaziyanı kim yanacaqla təmin edir?
-
Tbilisi su altında qaldı
-
12 yaşlı azərbaycanlı qəzada öldü
-
Gürcüstanda dövlət bayraqları yarıya endirildi
XƏBƏR LENTİ
-
“Erməni separatçılarının “arzusu”nu dəfn edən gün” — Leyla Tariverdiyevanın “AKTUAL” yazısı
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - (Foto)
-
"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı - (Foto)
-
Qarabağda son nöqtə: 23 saatlıq əməliyyatın tarixi əhəmiyyəti
-
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - (Foto)
-
140 min manatlıq qızılı tapdı, görün nə etdi - (Video)
-
Asiyanın ən varlı insanı odur
-
"Formula 1" ilə əlaqədar bir sıra marşrutların hərəkət istiqaməti dəyişdirilir
-
Prezident İlham Əliyev onları təltif etdi - Siyahı
-
"Bilirəm ki, mən yatağa düşsəm, o yanımda olacaq" - (Video)
-
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
Mbappe 20 illik sponsorunu dəyişdi
-
Kəpənəklər arasında inanılmaz fərq - Biri 14 gün, digəri 348 gün yaşayır
-
Füzulidə ağır qəza: 1 ölü, 3 yaralı var
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Bu köhnə 250 manat hərracda yüksək qiymətə satıldı - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Röyanın illər əvvəl atası ilə təsirli dialoqu kövrəltdi - (Video)
-
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” - (Video)
-
Tramp onu hava limanında şəxsən qarşılayacaq
-
Bazar gününün havası açıqlandı
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Aparıcı “palatka biznesi” ilə bağlı şok sirri açdı - (Video)





