BŞTİ-də yeni kadr təyinatları olub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni kadr təyinatları aparılıb.
İdarədən Milli.Az-a verilən məlumata görə, Təhsil nazirinin müvafiq əmrlərinə əsasən, BŞTİ-nin müdir müavini vəzifələrinin icrası İdarənin İnsan resursları sektorunun müdiri Raman Məmmədova və Təminat və təchizat sektorunun müdiri Şahin İsgəndərova həvalə edilib.
Qeyd edək ki, Məmmədov Raman Ağamalı oğlu 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini Hüquqşünaslıq ixtisası üzrə bitirib. 2004-2011-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsində hüquq məsləhətçisi, baş məsləhətçi, Hüquq sektorunun müdiri, 2011-2012-ci ildə "Aqrolizinq" ASC-nin Hüquq şöbəsində aparıcı mütəxəssis, 2012-ci ildə "Texno-Atinak" MMC-də hüquqşünas, 2012-2015-ci illərdə "Absheron Construction" MMC-də Hüquq və İnsan resursları şöbəsinin müdiri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Təhsil nazirinin 2015-ci il 28 dekabr tarixli əmri ilə BŞTİ-nin İnsan resursları sektorunun müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Raman Məmmədov hazırda BŞTİ-nin İnsan resursları sektorunun müdiri və İdarənin müdir müavini vəzifəsinin icraçısıdır.
İsgəndərov Şahin Bəbir oğlu 1982-ci ildə anadan olub. 1998-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə bakalavr, 2006-2008-ci illərdə Maliyyə və kredit ixtisası üzrə magistr təhsili alıb. 2012-2015-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisasına yiyələnib.
1999-2003-cü illərdə Bakı Musiqi Akademiyasında mühasib, 2003-2005-ci illərdə Təhsil Nazirliyində aparıcı mühasib, 2005-2010-cu illərdə Təhsil Nazirliyində təsərrüfat müdiri, 2010-2013-cü illərdə Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı Layihəsində baş mühasibin müavini vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Təhsil nazirinin 2013-cü il 15 noyabr tarixli əmri ilə BŞTİ-nin Təminat və təchizat sektorunun müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Şahin İsgəndərov hazırda BŞTİ-nin Təminat və təchizat sektorunun müdiri və İdarənin müdir müavini vəzifəsinin icraçısıdır.
Milli.Az
XƏBƏR LENTİ
-
Dəniz suyunun temperaturu 19-22 dərəcə olacaq
-
Rus ordusu iki kəndi işğal etdi
-
Belarusdan hücum olsa, onları məhv edəcəyik
-
Sabah Azərbaycanın bəzi bölgələrində yağış yağacaq - Proqnoz
-
Aİ Venesuelaya zəlzələdən sonra 5 milyon avro yardım ayırdı
-
Yasamalda qadın ərini baltaladı
-
İran İtaliyanı ABŞ–İsrail müharibəsində iştirakda ittiham edib
-
Ağdərədə ağır qəza: Avtobus aşdı, çox sayda yaralı var
-
İsveçrə buzlaqları sürətlə yox olur
-
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib
-
PUA-lar Rusiyadakı neft emalı zavodunu hədəf aldı
-
Dünənki döyüşdə Rafael Fiziyev 100 min dollar qazanıb
-
Putin nə vaxt nüvə silahından istifadə edə bilər?
-
Bakıda qaydaları kobud pozan motosiklet sürücüsü saxlanıldı
-
Qrup mərhələsinin ən məhsuldar oyunçusu Messi oldu
-
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür
-
Yaponiyada 6,0 maqnitudalı zəlzələ baş verdi
-
İrandan ABŞ-a sərt ittiham: Öhdəliklərə əməl etmir
-
Dünya çempionatında 1/16 final cütləri bəlli oldu
-
Arif Heydərov - Ömrün 7 anı...
-
Qatı süzmə hazırlamağın 5 yolu
-
Soğanlı badımcan salatı resepti
-
Ən az qulluq tələb edən 5 meyvə ağacı: Bir dəfə əkin, illərlə məhsul götürün
-
Fiziyevin nokautla qələbəyə görə qazandığı məbləğ bəlli oldu





