Tələbələrə ŞAD XƏBƏR: Borclar bağışlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Təhsil Tələbə Kredit Fondunun (TTKF) indiyədək kredit götürən və təhsilini uğurla başa vuran məzunlara bağışladığı vəsaitin həcmi 433 min manatı ötüb.
Milli.Az xəbər verir ki, bunu Fondun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov deyib.
Onun sözlərinə görə, təhsil tələbə kreditindən yararlanıb təhsilini başa vuran 6347 təhsilalanla Fond arasında ümumilikdə 13396 kredit müqaviləsi bağlanılıb: "Bir tələbə bir neçə dəfə müqavilə bağlaya bilər. 6347 nəfər arasında da bir və daha çox müqavilə bağlayanlar olub. Təhsilalanlarla müqavilələr semestr üzrə bağlanılır və təhsil haqqının bir semestrə düşən hissəsini əhatə edir".
B.Əzimov qeyd edib ki, kredit götürən, məzun olmuş 3706 nəfərlə bağlanan 6904 müqavilə faizsiz olub. Belə ki, qaydalara əsasən, sosial təhsil tələbə krediti əldə etmiş tələbənin semestr sonunda ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) balı 71 və daha yuxarı, standart təhsil tələbə kreditindən yararlanan tələbənin ÜOMG balı 91 və daha çox bal olarsa, həmin semestr üzrə kreditlərə faiz hesablanmır.
İndiyədək məzun olan 389 nəfərlə bağlanan 909 standart kredit müqaviləsi üzrə məbləğin 25 faizi bağışlanıb. Bağışlanan həmin vəsaitin ümumi məbləği 211 781 manat təşkil edib.
Sosial kredit götürən və məzun olan 171 nəfər tələbə ilə bağlanmış 399 müqavilə üzrə 91 və daha yüksək nəticə ilə təhsilini tamamladığından təhsil dövrü boyunca əldə etdikləri kredit məbləğinin 50 faizi onlara bağışlanıb. Bağışlanan vəsaitin ümumi həcmi 221 729 manat təşkil edib.
Milli.Az
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Qeyri-adi addımlar atmaqdan çəkinməyin
-
Binəqədidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Şahmalı onları polislə hədələdi
-
"Real" və "Barselona" növbəti dəfə transfer bazarında rəqib oldu
-
Şakira və Pike 4 ildən sonra üz-üzə gəldi - (Video)
-
Sabah Bakının bəzi ərazilərdə işıq olmayacaq
-
Azərbaycanda yeni cəzaçəkmə müəssisələri tikilir - Nazirdən açıqlama
-
Tramp: İranla müharibə çox tezliklə başa çatacaq
-
Zelenski: Bu gün Ukraynaya endirilən zərbələr nəticəsində 25 nəfər ölüb
-
Şirvanda 18 yaşlı gənc bıçaqlanıb
-
Soner Olgun süni tənəffüs aparatına qoşuldu
-
Azərbaycanda ən çox edilən estetik əməliyyatlar
-
Berna Laçin saxlanıldı
-
Bakıda avtobusda təhlükəli anlar - (Video)
-
Azərbaycan kuboku: "Qaradağ" 12-0 qalib gəldi
-
Azərbaycan əsgəri 20 km dərinliyə necə gedə bilib? - Papikyan
-
Bakıda məktəbli qətli: Uşağı məsuliyyətdən yayındırmaq üçün saxta sənəd düzəldirlər? - (Foto)
-
Bakının 5 rayonunda torpaq və mənzillər bahalaşacaq - Açıqlama
-
Yeni Ramana küçəsində təmir başlayır
-
Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir
-
“Dəmir yolu müqaviləsini ləğv edə bilərik” - Paşinyan
-
Amansızlıqla qətlə yetirilən 24 yaşlı Fatimənin (Fotosu)
-
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
-
Dado və Elşad Xose bir arada - (Video)





