Təhsil

DİM-in Müşahidə Şurası yaradılacaq

23 İyul 2024 15:09
Baxış: 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət İmtahan Mərkəzinin fəaliyyəti təkmilləşdirilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  bununla bağlı Prezident İlham Əliyev Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında" fərmanda dəyişiklik edib.

Dəyişikliklə Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılacaq. Həmçinin DİM-in fəaliyyətinə cari rəhbərliyi 3 üzvdən ibarət İdarə Heyəti həyata keçirəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.