Lisey və gimnaziyalara qəbul bu tarixdən başlanır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçiriləcək.
Milli.Az Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, sözügedən lisey və gimnaziyalara ərizə qəbulu may ayının 20-də başlayacaq və 13 iyuna kimi davam edəcək.
Bunun üçün valideyn (və ya qanuni nümayəndə) şəxsi kabinetində "Sorğu yerləşdir" bölməsinə daxil olaraq "Mərkəzi imtahanla qəbul" düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidir. Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etməli, sonra isə topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparmalıdırlar. İmtahan zamanı şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən standart və qeyri standart suallar təqdim ediləcək.
Aşağıda mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və gimnaziyaların siyahısı göstərilib. Qeyd olunan müəssisələr haqqında ətraflı məlumatı şagirdlərin elektron yerdəyişməsi portalında "Mərkəzi imtahanlı liseylər" bölməsindən əldə edə bilərsiniz.
1. Bakı şəhəri, S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyası;
2. Bakı şəhər, A.S.Makarenko adına humanitar fənlər təmayüllü gimnaziya;
3. Bakı şəhəri, S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya;
4. Bakı şəhəri,Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
5. Bakı şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyi;
6. Şəki şəhəri, Kimya-biologiya təmayüllü lisey;
7. Şəmkir şəhər, Kimya-biologiya təmayüllü lisey;
8. Şirvan şəhər, Kimya-biologiya təmayüllü lisey;
9. Quba şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
10. Gəncə şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
11. Ağdaş şəhər, M.Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziya;
12. Biləsuvar şəhər, texniki fənlər təmayüllü məktəb-lisey;
13. Şamaxı şəhər, texniki, humanitar və təbiət təmayüllü lisey;
14. Gəncə şəhər, xarici dillər təmayüllü gimnaziya;
15. Bakı şəhəri, akademik Zərifə Əliyeva adına lisey;
16. Bakı şəhəri, 16 nömrəli texniki-humanitar lisey;
17. Bakı şəhəri, 2 nömrəli texniki-humanitar lisey;
18. Bakı şəhəri, 147 nömrəli texniki-humanitar lisey;
19. Bakı şəhəri, Texniki humanitar lisey;
20. Bakı şəhəri, 291 nömrəli "Ekologiya" liseyi;
21. Bakı şəhəri, S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya;
22. Ağstafa şəhər, Texniki-humanitar təmayüllü lisey;
23. Oğuz şəhər, E.Abdullayev adına 2 nömrəli tam orta məktəb;
24. Mingəçevir şəhəri, S.Vurğun adına 16 nömrəli tam orta məktəb;
25. Lənkəran şəhəri, S.Kazımbəyov adına 6 nömrəli məktəb-lisey;
26. Sumqayıt şəhər, 'İstedad' liseyi;
27. Sumqayıt şəhər, N.Gəncəvi adına texniki və təbiət elmləri liseyi;
28. Sumqayıt şəhər, "Təfəkkür" liseyi;
29. Sumqayıt şəhər, Təbiət elmləri təmayüllü gimnaziya;
30. Qobustan şəhər, 2 nömrəli tam orta məktəb;
31. Masallı şəhər, 'Dəfinə' məktəb-liseyi;
32. Beyləqan şəhər, Humanitar fənnlər təmayüllü lisey;
33. Naxçıvan, Qızlar liseyi;
34. Şərur şəhər, Fizika riyaziyyat təmayüllü lisey.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
XƏBƏR LENTİ
-
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc
-
Qara sarımsağın gizli faydaları
-
93 yaşı olsa da, nə əasası, nə də baxıcısı var: Səhərlər sadəcə bunu edir
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)





